Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası “İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişiklikləri ikinci oxunuşda qəbul edib. ONN media xəbər verir ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərcləri 151,2 milyon manat məbləğində təsdiq edilib. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat və ya 18 faiz çoxdur. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.
Qanuna dəyişiklik qəbul edildi



Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi
Gələn il Naxçıvana 281 milyon manatdan çox dotasiya ayrılacaq
Prezident "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzaladı
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
Qanun DƏYİŞDİ: Azərbaycanda bu şəxslər 12 ayadək ƏLAVƏ ÖDƏNİŞ ALACAQ
İşsizlikdən sığorta fondunun büdcə layihəsi müzakirəyə çıxarılır
Dövlət büdcəsi son oxunuşda qəbul edildi
Pensiyalar yenidən artırıla bilər?
MDB-də birinci yerdəyik - Nazir
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Torpaq payına görə vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 