Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılacaq. ONN media xəbər verir ki, büdcə zərfinə daxil olan məsələlər öncə bu gün saat 11:00-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq. Daha sonra isə gün ərzində parlamentin digər komitələrinin də iclası keçiriləcək. Müzakirələrdə dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur. İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur. 2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır. 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır



Dövlət büdcəsi son oxunuşda qəbul edildi
Əsədovdan qərar: bu məlumatlar Prezidentə təqdim edildi
Gələn ilin büdcəsi II oxunuşda qəbul edildi
Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Prezident gələn ilin büdcəsini təsdiqlədi
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
2022-ci ilin büdcəsində dəyişiklik edildi
“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək
Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR: xərclər 49,5 faiz artırılır
Azərbaycan büdcəsində 418 milyon manatlıq qalıq yarandı - STATİSTİKA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 