Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avqust ayında 190 manatın ödənilməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən ONN media -ya daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı həyata keçiriləcək. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Ödəmə aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına aid olan şəxslərə veriləcək.
Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq.
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.
190 manat bu şəxslərə veriləcək



190 manat nə vaxt ödəniləcək? — AÇIQLAMA
Əhaliyə 190 manatın verilməsi başa çatdı
ŞAD XƏBƏR: 190 manatın verilməsinə BAŞLANILDI
Əli Əsədov 190 manatla bağlı QƏRAR İMZALADI
190 manatla bağlı suala MÜHÜM AÇIQLAMA
190 manat ödəmə bağlı rəsmi qərar verildi - Kimlər alacaq?
190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO
16 bölgə üzrə 190 manatın ödənişi başa çatdı - 229 milyon xərcləndi
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
İdman yarışlarına icazə veriləcək?
DİQQƏT: “ASAN xidmət” 4 gün işləməyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 