Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.
ONN media xəbər verir ki, həmin səs yazılarında Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilməsi hallarından danışılır.
Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girərək uşaqları aparmağa çalışır. Hətta bildirilir ki, bu barədə polisə də şikayət edilib.
Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, “Whatsapp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.
“Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.



DİN 14 yaşlı qızın oğurlanması iddialarına cavab verdi
Bakıda dilənçilər özlərini avtomobilin altına atır - Polis işə qarışdı
Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? – RƏSMİ MÜNASİBƏT
Şəkidə ərə verilən azyaşlı ilə bağlı xəbər var
Ölkədə yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA
Bakı polisindən koronavirus açıqlaması
Qadını avtobusdan itələyən sürücü saxlanılıb?
Yol polisində aparılan yoxlamalarla bağlı RƏSMİ
Tahir Kərimlinin ölümlə hədələnməsi xəbəri... - DİN-dən reaksiya
Sürücünü döyən məmurla bağlı DİN-dən açıqlama
DİN: Sabunçuda 310 nömrəli uşaq bağçası ilə bağlı yayılan məlumatlar nəzarətə götürülüb
Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 