Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişidirlməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarların qrafiklərində müvəqqəti dəyişikliklər ediləcək.
ONN media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları “QSC-dən bildirilib
Sentyabrın 3-ü saat 09:00-dan, sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə olacaq.
Aparılan təmir işləri Bakıdan Gəncəyə yola düşən sürət qatarının hərəkət qrafikinə təsir etməyəcək. Lakin Gəncədən Bakıya gələn sürət qatarı 10 dəqiqə gecikmə ilə ünvana çatacaq.
Təmir işləri ilə əlaqədar olaraq Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına və Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfdəki deyil, əks tərəfdəki platformasında aparılacaq.
Dəyişiklik edilən hərəkət cədvəli təqdim olunur. Elektrik qatarlarının müvəqqəti dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.



Bakı-Sumqayıt-Bakı qatarlarından istifadə edənlərin nəzərinə
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
DİQQƏT - Bu elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır
Bu xəttə əlavə qatarlar buraxılır
Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR
Avqustun 10-dan noyabrın 10-dək... - Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir
Sərnişin qatarlarının hərəkəti dayandırılır
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
Bakı-Sumqayıt qatarı niyə gecikib?
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
Avqustun 10-dan noyabrın 10-dək... - Sakinlərin DİQQƏTİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 