"Ermənistan ordusunda şəxsi heyətin tam komplektləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Artıq ermənilər bu problemi gizlədə bilmirlər". ONN media xəbər verir ki, bunu "Report"a açıqlamasında hərbi şərhçi Ramil Məmmədli bildirib. O deyib ki, Ermənistan ordusu 40 yaşa qədər şəxsləri artilleriyaçı, mühəndis istehkamçı, sınayper, qumbaraatan, pulemyotçu və digər vəzifələrə xidmətə cəlb etmək üçün elan verib. Müraciətdə muzdluların işğal olunmuş Azərbaycan ərazilərində, yəni Dağlıq Qarabağda xidmət keçəcəkləri bildirilir. Onlara həvəsləndirici imtiyazlar da vəd edilir. R.Məmmədlinin sözlərinə görə, Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə minlərlə erməninin ordu sıralarında xidmətdən boyun qaçırması dayanır: "Erməni gəncləri hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk ediblər və bu proses indi də davam edir. Məhz bu səbəbdən də sıravi əsgər vəzifələrinə muzdlu döyüşçüləri cəlb etmək istəyirlər. Əslində bu kimi hallar hər zaman olub. Sadəcə olaraq, artıq rəsmi şəkildə müraciət etmək məcburiyyətində qalıblar". Hərbi şərhçi hesab edir ki, işğal olunmuş Azərbaycan ərazilərində hərbi xidmətə cəlb olunan muzdluların arasında xarici vətəndaşların olma ehtimalı da var: "Hətta bununla bağlı konkret fikir də bildirmək olar. Əgər hərbi xidmət keçmək üçün çağırışçıların sayı qənaətbəxş olsaydı, Ermənistan sıravi əsgər vəzifələrinə muzdlu döyüşçü qəbulu ilə bağlı belə bir addımı atmazdı. Demək, ermənilər ön xəttə döyüşə cəlb etmək üçün xaricdən muzdlu döyüşçülər də cəlb edirlər. Bu, istisna deyil. Biz birinci Qarabağ savaşında da bunun şahidi olmuşuq". R.Məmmədli qeyd edib ki, Ermənistan xaricdən muzdlu döyüşçülər cəlb etməklə itkilərini də gizlədə bilir: "Çünki döyüşdə ölən muzdlu barəsində rəsmi açıqlama verməyə də ehtiyac qalmır".
Ermənistan ordusuna 40 yaşlı muzdlular cəlb edilir



Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçıb
Ermənistanda fərariliklə bağlı xəbərdarlıq edildi
Xankəndi sakinləri QORXU İÇƏRİSİNDƏ: "Mövqeləri tərk edin, burada ölməyin mənası yoxdur"
Cəbhədəki son vəziyyətlə bağlı - RƏSMİ AÇIQLAMA
Ermənistan Türkiyənin üzərinə muzdlu ordu göndərdi
31 Mart Soyqırımı Günü ermənilər təxribata əl atdı
Sərhədimizdə Ermənistan polisinin saxtakarlığı...
Ermənilər hərbi xidmətə getməkdən niyə imtina edir?
Qarabağda erməni hərbçi həbs edildi
Ermənistan ordusu TƏŞVİŞDƏ: ermənilər mövqelərini tərk edir - RƏSMİ AÇIQLAMA
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR
Erməni həyasızlığı bitmir- NƏYƏ NAİL OLMAQ İSTƏYİRLƏR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 