Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. ONN media AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməli, eyni zamanda həmin müəssisədə bu qaydalara əməl olunması üçün ictimai nəzarətin təmin olunmasında iştirak etməlidir. • İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. • Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır. • Bu cür məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. • Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması şərtdir. • İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. • Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir. • Yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır. Qeyd edək ki, gələn həftədən etibarən restoran və kafelərin fəaliyyətinə iczə verəcəyi ehtimal edilir.
Azərbaycanda kafe və restoranlar belə fəaliyyət göstərəcək - QAYDALAR



Əli Əsədovdan restoran və kafelərlə bağlı — MÜHÜM QƏRAR
Əli Əsədovdan kafe və restoranlarla bağlı QƏRAR
AQTA sahibkarlara xəbərdarlıq etdi
Kafe və restoranlar açıldıqdan sonra belə işləyəcək
Kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır?
AQTA yüzlərlə nöqsan aşkarladı
AQTA pozuntular aşkar etdi
Karantini pozan kafe və restoranlar cərimələndi
Bakıda tanınmış “Firuzə” restoranı cərimələndi
AQTA bir neçə kafe və restoranda nöqsanlar aşkarladı - TAM SİYAHI
AQTA bu yerləri cərimələdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 