Rusiyanın lisenziyalaşdırdığı peyvəndin COVID-19-a qarşı əks-göstərişləri siyahısına 18 yaşından kiçik olanlar, hamilələr, həmçinin peyvənd komponentlərinə qarşı həssaslıq, şiddətli allergiya, kəskin yoluxucu və yoluxucu olmayan xəstəliklər daxil edilib. ONN media xəbər verir ki, bu barədə dərman vasitələrinin dövlət reyestrinin saytında dərc olunan dərman vasitəsinin qeydiyyat şəhadətnaməsində deyilib. İstifadəyə dair göstərişlərə 18 ilə 60 yaş qrupu daxildir. Təlimatda peyvəndin 18 yaşdan kiçik insanlara qadağan edilməsi dərmanların uşaqlar üçün təhlükəsizliyi və effektivliyi barədə məlumatların tamamlanmaması ilə əlaqədardır. “Qoruyucu antikor titeri hazırda məlum deyil. Qorunma müddəti də məlum deyil. Epidemioloji effektivliyi öyrənmək üçün klinik tədqiqatlar aparılmadı. Peyvənd edildiyi gün bədən istiliyi 37 dərəcədən çox olmamalıdır. Peyvənd yeri şok əleyhinə terapiya ilə təchiz olunmalıdır. Peyvənd tətbiq edildikdən sonra xəstə ən azı yarım saat tibbi nəzarət altında olmalıdır” , - sənəddə deyilir. Məlumat üçün bildirək ki, dərmanın qeydiyyatı avqustun 11-də məlum oldu. Dövlət başçısı bildirib ki, Rusiya dünyada dərmanı qeydiyyata alan ilk ölkədir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko isə koronavirusa qarşı qeydə alınmış ilk peyvəndin yüksək effektivlik göstərdiyini söyləyib.(publika.az)
Rusiya peyvəndinin ƏKS-TƏSİRLƏRİ məlum oldu



Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqləndi
Trampdan ilk müjdə – Tezliklə...
3-cü doza peyvənd kimlər üçün vacibdir? - TƏBİB
Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi
Toy mərasimlərində peyvənd sertifikatına dair TƏLƏB DƏYİŞİR
İsraildən koronavirusla bağlı ŞAD XƏBƏR
Toy mərasimlərində peyvənd sertifikatına dair TƏLƏB DƏYİŞİR
Türkiyədən peyvənd müjdəsi - Ərdoğan AÇIQLADI
Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...
COVID sertifikatı ilə bağlı YENİ TƏLƏB
Məşhur professordan “Omikron” AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 