Yeni “Omikron” variantından qorxmağa ehtiyac yoxdur. Virusun çox fərqli mutasiyalarının olduğunu bilirik. Yeni mutasiyalarda vaksinin effektivliyi azalsa da, ciddi xəstəliklərdən qoruduğunu bilirik. Peyvənd xəstəliyin ağır gedişindən qorunma təmin edir. O, həm də xəstəliyin ağır gedişatına qarşı qorunma təmin etdiyi üçün inam verir. Biz ona da əminik ki, üçüncü peyvənd dozasından sonra qorunma kifayət qədər yaxşılaşır.
ONN media xəbər verir ki, bu sözləri tanınmış professor Uğur Şahin Almaniyanın Mainz şəhərində keçirilən 25-ci Aydın Doğan Vəqfi Mükafat Mərasimi öncəsi deyib. O, həyat yoldaşı Özlem Türeci ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb. Peyvəndin iki səviyyədə qoruma təmin etdiyini deyən Şahin birincinin antikor, ikincinin isə T-hüceyrələri adlanan immun hüceyrələr olduğunu ifadə edib:
“Peyvənd olunmayanlar arasında yoluxuculuq sürəti artıb. Həmin şəxslərdə yoluxmaların sayı peyvənd olunanlarla müqayisədə 8 dəfə çoxdur. Gücləndirmə dozası tələb olunur. Xüsusilə müəyyən yaş qrupu üçün. Ümumiyyətlə, 3-cü doza bütün əhali üçün lazımdır. 20 dəfə daha çox qorunma təmin edir. Üçüncü doza ilə 97% qorunma təmin edilir. “Omikron”dan asılı olmayaraq üçüncü dozanı mümkün qədər tez vurdurmağı məsləhət görürük”.
Uğur Şahin aparılan araşdırmalara görə peyvəndin əks təsirinin olmadığına diqqət çəkib: “Xərçəng xəstələrinə mRNT əsaslı peyvəndlər vurulur. Biz görürük ki, əks təsir yoxdur. Biz bunu onlarla xərçəng xəstəsinə tətbiq etmişik. Apardığımız araşdırmalar zamanı əks təsir qeydə alınmayıb. İnsanların sualları və şübhələri ola bilər. Ona görə də saxta xəbərlərə qarşı daha çox maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmək üçün yeni yollar, fərqli anlayış istifadə etmək lazımdır”.



3-cü doza peyvənd kimlər üçün vacibdir? - TƏBİB
COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ
Rusiya peyvəndinin ƏKS-TƏSİRLƏRİ məlum oldu
ÜST: Vaksinlərin effektivliyi azalır
Peyvənd olunan xanım ilk dəfə danışdı
“Omikron” ştamının əsas təhlükəsi AÇIQLANDI
Trampdan ilk müjdə – Tezliklə...
Tanınmış pediatrdan ÇAĞIRIŞ
Pandemiyanın əvvəlinə qayıdırıq? - İnfeksionist AÇIQLADI
Hamilə xanımlar və uşaq əmizdirən analar peyvənd olunmalıdırmı? - MM-də MÜZAKİRƏ
Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 