Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb.
ONN media xəbər verir ki, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb.
Hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanmış tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub.
Artıq sözü gedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd eedib.
Ehtimal edilir ki, bu ərazidə olan tikili həmən dövrlərə aid məscidin qalıqlarıdır.Qeyd edək ki, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmən məscid məhz bu ərazidə yerləşib.



4 min nəfərə ŞAD XƏBƏR - Prezident 21,8 milyon manat ayırdı
İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışında
Prezident FƏRMAN İMZALADI
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Dövlət Xidmətinin regional idarələri yaradılır
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Dövlət Xidmətinin bu səlahiyyətləri ləğv edildi
Laçında qəbirüstü at fiqurları tapılıb
Zöhrab Pirimov vəzifəsindən AZAD EDİLDİ
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycanda icra başçısı bu vəzifəsindən İSTEFA VERDİ
İlham Əliyev Goranboyda səfərdədir (YENİLƏNİR)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 