Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vəzifəsindən uzaqlaşdırılıb. ONN media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb. İ.Hümbətov bildirib ki, 20 ildir müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurur: “Bu illər ərzində nazirlik tərəfindən ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği və tanıdılması, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərdə mənə həvalə edilən vəzifə səlahiyyətlərinə müvafiq olaraq fəal iştirak etmiş, xüsusilə nazirliyin kütləvi informasiya vasitələri ilə əlaqələrinə məsul şəxs kimi bu qəbildən çoxsaylı layihələrin, respublikamızda, eləcə də müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyəti adına reallaşan tədbirlərin mediada dolğun işıqlandırılması üçün səy və bacarığımı əsirgəməmişəm. Böyük məmnunluq hissi keçirirəm ki, bu sahədə fəaliyyətim, xidmətlərim dövlətimizin başçısı tərəfindən də qiymətləndirilib”. “İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, dünyada daha geniş miqyasda təbliğ və təqdim olunacaq. Bu işdə Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə uğurlar arzulayıram. Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm”, - deyə o qeyd edib.
Azərbaycanda nazirliyin vəzifəli şəxsi İŞDƏN AZAD EDİLDİ



Əbülfəs Qarayev əmr imzaladı
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT OLDU
Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR
Mədəniyyət Nazirliyində yoxlama aparılır? - RƏSMİ
Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama
Regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
Köhnə sədrə YENİ VƏZİFƏ
Bakıdan erməni filminə etiraz
Azərbaycanda yüksək vəzifəli şəxslər İŞDƏN AZAD EDİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
Nazirliyin yüksək vəzifəli şəxsi İŞDƏN AZAD EDİLDİ
Daha bir vəzifəli şəxs işdən çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 