Dekabrın 25-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun iştirakı ilə nazirliyin regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.
Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları və regional mədəniyyət idarəsinin rəisləri iştirak edirdi.
Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata əsasən, müşavirədə çıxış edən Rafiq Bayramov mədəniyyət idarələrinin, nazirliyin strukturuna daxil olan mədəniyyət müəssisələrinin müasir texnologiyalardan istifadəsi ilə bağlı məsələlərdən danışdı. Qeyd etdi ki, 2019-cu ilin yanvarından etibarən nazirlik daxilində bütün yazışmalar, sənəd dövriyyəsi elektron formada aparılacaq. Gələn ilin sonuna kimi isə regional idarələrdə də bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulub.
Nazir müavini həmçinin sosial şəbəkələrdən istifadənin daha da genişləndirilməsinin vacibliyini vurğuladı: “Nazirliyin daxilində həyata keçirilən islahatlar həm Bakıda, həm də regionlarda mədəniyyət sahəsinin daha da inkişafına şərait yaradıb. Bu islahatlar öz bəhrəsini verməkdədir. Bununla bərabər, həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunmalı, bu məsələ diqqətdə saxlanılmalıdır. Müasir texnologiyalardan istifadə də günün tələbləri səviyyəsinə qaldırılmalıdır. Bu istiqamətdə də nazirlik öz dəstəyini göstərəcək. Əməkdaşların müasir texnologiyalardan istifadə bacarıqlarının artırılması, onlar üçün treninqlərin təşkili məsələsi də diqqətdə saxlanılacaq”.
Rafiq Bayramov diqqətə çatdırdı ki, ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi daha da genişləndirilir. Bu istiqamətdə atılan addımlar gələn il daha da yüksəldilməlidir.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov regional idarələrin saytları, onların sosial şəbəkələrdəki səhifələrinin idarə olunması ilə bağlı danışdı. Bu istiqamətdə aparılmış qısa arayışı diqqətə çatdırdı. Vurğuladı ki bir sıra regional idarələrdə mətbuatla iş, rəsmi saytların idarə olunması və sosial şəbəkələrdən istifadə yaxşı səviyyədə olsa da, bəzilərində bu sahədə çatışmazlıqlar var. Şöbə müdiri onu da qeyd etdi ki, regional idarələrin mətbuatla iş üzrə məsul olan şəxsləri üçün gələn ilin əvvəllərində treninq təşkil olunması nəzərdə tutulub.
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Qabil Abbasov regional idarələrin saytlarının işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən söz açdı. O, saytların təhlükəsizliyinin qorunması ilə bağlı vacib məqamlar haqqında məlumat verdi.
Sonda nazir müavini Rafiq Bayramov 2019-cu ildə regionlarda mədəniyyət sahəsinin inkişafı, keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.



Mədəniyyət Nazirliyində yeni təyinat
Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR
Prezidentdən Şərqi Zəngəzur və Qarabağla bağlı sərəncam
Anar Kərimovdan YENİ RƏİS TƏYİNATI
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi
Bu nazirlikdə yoxlamalar başladı
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Mədəniyyət naziri onlara YÜKSƏK VƏZİFƏ VERDİ
Anar Kərimovdan YENİ TƏYİNAT
Dövlət Xidmətinin regional idarələri yaradılır
DTX-nin həbs etdiyi rəis məhkəmə qarşısına çıxarılır
Nazirliyin yüksək vəzifəli şəxsi İŞDƏN AZAD EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 