Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da istintaqa cəlb ediliblər. ONN media xəbər verir ki, bu barədə məlumatı musavat.com etibarlı mənbələrinə istinadən yayıb. İddia edilib ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb və ifadə veriblər. Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid daha bir neçə vəzifəli şəxslə bağlı ölçü götürüləcəyi gözlənilir. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-də əməliyyat keçirmişdi. Aparılan cinayət işi üzrə XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham edilirlər. Həmçinin iyulun 10-da Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Sayt bildirib ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyib. Fərhad Mollazadə və Səlim Əlizadə isə başqa bir nazir müavini - Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər. R.Həsənov 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, Prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edilib. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o, Braziliyada səfirdir.
Azərbaycanda nazir müavinləri DTX-ya çağırıldı



XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı
DTX XİN-dəki əməliyyatın görüntüsünü yaydı - Video
SON DƏQİQƏ: Səfir Eldar Həsənov saxlanıldı
Eldar Həsənov məhkəməyə gətirildi
XİN-də daha bir əməliyyat: İdarə rəisi də həbs olundu (FOTO)
DTX-dan Xarici İşlər Nazirliyində yeni həbslər – MƏLUMAT
Həbs edilən səfirin şikayəti ilə bağlı QƏRAR VERİLDİ
Həbs edilmiş Eldar Həsənovla bağlı YENİ QƏRAR
Eldar Həsənovla bağlı QƏRAR VERİLDİ
Eldar Həsənov azad edilə bilər - Vəsatət verildi
Eldar Həsənovdan YENİ XƏBƏR
Azərbaycan və İran rəsmiləri görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 