Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər. Əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, qoşunların yerləşdirilməsi, eləcə də mərhələlər üzrə icra olunan tapşırıqlar barədə brifinq təqdim edilib. Təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə olunduqdan sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər. Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirib. Birgə təlimlərin birinci mərhələsinin son epizodu müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər. Sonda Azərbaycan və Türkiyə hərbi marşlarından ibarət musiqi proqramı nümayəndə heyətləri və təlim iştirakçılarına təqdim olunub.
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi



Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir
Türkiyə ordusunun komandanlığı Azərbaycanda
Nazirlər "TurAz Şahini - 2021" taktiki-uçuş təlimlərini izlədilər
Türkiyə Naxçıvandakı hərbi hərəkətliliklə bağlı MƏLUMAT YAYDI - VİDEO
Zakir Həsənov “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak etdi
Akar: "Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib"
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Bakıda bu hərbiçilər mükafatlandırıldı
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq TƏLİM BAŞLADI
Azərbaycan-Türkiyə təlimi başa çatdı
Zakir Həsənov Türkiyəyə getdi
Müdafiə naziri Naxçıvanda
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 