ABŞ-ın Ermənistandakı səfirliyi əməkdaşlara rəsmi səfərlər üçün ermənilərin aviaşirkətlərindən istifadəni qadağan edib. ONN media xəbər verir ki, bu ilin iyun ayında Avropa Birliyi Ermənistanın bütün aviaşirkətlərini Aviasiya Təhlükəsizliyi Siyahısına (EU Air Safety List) daxil edib. Səbəb Ermənistan aviaşirkətlərinin təhlükəsiz uçuşlarına inamın olmamasıdır. Ən azı 2022-ci ilədək qüvvədə olacaq qərar Ermənistanın aviaşirkətlərinə AB üzvü olan ölkələrə, habelə AB ölkələri arasında uçuşları yasaqlayır. Faktiki olaraq, Avropa Birliyi səmasını Ermənistan aviaşirkətlərinə bağlayıb. Yaxın iki il ərzində Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” adlı şirkətləri heç bir halda, heç bir şərtlərlə Avropa Birliyinin səmasından yararlana bilməyəcəklər. Avropa Birliyinin qara siyahısında İraq, Venesuela, Əfqanıstan, Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya, Nepal, San-Tome və Prinsipi kimi dövlətlərin də aviaşirkətləri var. AB-nin, sonra da ABŞ-ın Ermənistan aviaşirkətlərinə qarşı sərt sanksiyalar və yasaqlar tətbiq etməsi, sadəcə, rəsmi olaraq uçuşların təhlükəsizliyinin təminatı ilə bağlıdır. Əsl səbəb Erməistanda rəsmi qeydiyyata alınmış təyyarələrdən uzun illərdən bəri Afrika ölkələrinə silah, hərbi texnika və sursat daşımaq üçün istifadə olunmasıdır. Ermənistan rəhbərliyindəki şəxslər bu qanunsuz əməliyyatlarda bilavasitə iştirak edərək külli miqdarda gəlirlər əldə ediblər.
Ermənilərə AĞIR ZƏRBƏ: Avropa səması bağlandı…



Aİ-dən Bakı və İrəvana ÇAĞIRIŞ
Avropa Birliyi Ermənistandakı çevriliş cəhdiylə bağlı BƏYANAT YAYDI
İrəvandan Tehrana uçuşlar ləğv olundu- SƏBƏB?
Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edilib
Türkiyə bu ölkələrin vətəndaşlarını daşımaqdan imtina etdi
Avropa Birliyi AFFA-ya 30 minlik qrant ayırdı
AB atəşkəslə bağlı məlumat yaydı
Zelenski Mişellə sanksiyalar paketini gündəmə gətirdi
Müdaxilə cəhdi qəbuledilməzdir- XİN-dən SƏRT CAVAB
İlham Əliyev və Mişel arasında görüş başladı
Avropa İttifaqı bu qonşu ölkəyə 400 milyon avro YARDIM EDİR
AP-dən Bakıya qarşı növbəti qərəz - XİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 