Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, həmsöhbətlər, həmçinin AB tərəfindən potensial eskalasiyaya qarşı qabaqlayıcı sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər.
Ukrayna Prezidenti hazırkı vəziyyətdə daxili iqtisadiyyatın sabit inkişafının təmin edilməsinin vacibliyini vurğulayıb. O, bununla bağlı 1,2 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması ilə bağlı vaxtında verilmiş qərara görə Avropa Birliyinə təşəkkür edib.
Liderlər, həmçinin 2022-ci il üçün Ukrayna və Avropa Birliyi arasında gələcək dialoqa dair mövqeləri razılaşdırıblar.
Ukrayna Prezidentinin mətbuat xidmətinin bəyanatında bildirilib ki, yaxın vaxtlarda növbəti, 24-cü Ukrayna-Avropa Birliyi sammitinin tarixi müəyyənləşəcək. Artıq bu ilin ortalarında Avropa Komissiyasının rəhbərliyinin, beynəlxalq tərəfdaşların iştirakı ilə Kiyevdə Avropanın enerji təhlükəsizliyi üçün riskləri birgə müzakirə etmək üçün enerji biznes forumu keçiriləcək.



Zelenski Mişellə görüşdü: Nələr müzakirə olundu?
Zelenski Şarl Mişellə danışdı
Boris Conson Şarl Mişelə təşəkkür etdi
Zelenskidən AB-yə üzvlüklə bağlı açıqlama
Bu ölkəyə qarşı... - Zelenskidən Avropa Şurasına ÇAĞIRIŞ
Mişeldən Kiyevə müjdə
Növbəti 24 saat Ukrayna üçün kritik olacaq - Zelenski
Putin Şarl Mişellə Ukraynanı müzakirə etdi
Bayden və Zelenski müzakirəyə başladı
Merkel Zelenskini Berlinə dəvət etdi
Zelenski Ərdoğanla görüşdü
Bayden Zelenski ilə telefonla DANIŞDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 