Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür.
ONN media xəbər verir ki, milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. İlk mərhələdə - 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixində “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdu.Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür



Manatın 29 yaşı tamam oldu
500 manatlıq pul buraxılıb? – Rəsmi CAVAB
Mərkəzi Bankdan pul nişanları ilə bağlı AÇIQLAMA
Azərbaycanın bu pul nişanları yenilənir
Azərbaycanda 500 manatlıq pul əsginasları dövriyyəyə buraxılır
Mərkəzi Bankdan 500 manatlıqlarla bağlı - Açıqlama
Azərbaycanda yeni pul vahidləri tədavülə buraxılır
Aparatlar yeni 10manatı nəvaxt qəbul edəcək?
20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq
Türkiyədən Azərbaycana böyük jest - FOTO
Saxta manatı əslindən necə fərqləndirək?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 