Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir. Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüblər. Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb. Tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb. Hərbi qulluqçularla söhbətlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və onları maraqlandıran bir sıra suallar cavablandırılıb. Birgə fəaliyyət planına uyğun olaraq Respublika Hərbi Prokurorluğu və Qarnizon Hərbi Prokurorluğu nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə keçirilən hüquqi maarifləndirmə tədbirləri davam edir.
Generallar cəbhə zonasında - FOTOLAR



Baş Prokuror və Hərbi Prokuror cəbhə xəttində
Hikmət Hacıyev cəbhə xəttində - FOTOLAR
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
General-polkovnik Kərim Vəliyev komandolarla görüşdü
Polad Həşimovun məzarı ziyarət edildi
Ordumuz qışa hazırlaşır
Kərim Vəliyev hərbi qulluqçularla bağlı tapşırıq verdi
Zakir Həsənov cəbhə xəttində- VİDEO
Zakir Həsənov cəbhəboyu zonada
Kərim Vəliyev Kəlbəcərə getdi
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Əsgərlərimiz Novruzu bayram etdilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 