Sudanın İsrail ilə müqavilə imzalayacağı iddiaları rədd edilib. ONN media xəbər verir ki, Sudan Xarici İşlər Nazirliyi sözçü Heydər Bədəvinin İsraillə razılaşma iddialarını təəccüblə qarşıladıqlarını bildirib. Nazirlikdən verilən açıqlamada Sudan ilə İsrail arasındakı münasibətlərə dair hansısa mövzunun müzakirə edilmədiyi və mətbuat katibinə bu mövzuda açıqlama verilməsinin tapşırılmadığı qeyd edilib: "Heydər Bədəvinin Sudanın İsrail ilə əlaqələrin qurulması üçün çox böyük səylər göstərdiyi ilə bağlı verdiyi açıqlamalara nazirlik olaraq heyrətləndik. Yeni bir açıqlamanın verilməsinə və ictimaiyyəti düzgün informasiya ilə təmin etməyə ehtiyac var". Qeyd edək ki, İsrailin Kəşfiyyat naziri Əli Kohen BƏƏ-dən sonra Sudanın Təl-Əvivlə tezliklə normallaşma razılaşması əldə edəcəyini açıqlamışdı. Bu açıqlamadan sonra Sudan Xarici İşlər Nazirliyinin sözçüsü Bədəvi, "İsraillə münasibətlərin normallaşması fərqli və bənzərsiz olacaq, digər ölkələr kimi olmayacaq. İsrail ilə münasibətlər qurmaq meyli yeni deyil, bu, əvvəlki rejim dövründə başladılıb", - deyə açıqlama vermişdi.
İsraillə müqavilə imzalanacaq? - Sudan XİN -dən CAVAB



Bu ölkə Rusiya hərbi bazasından imtina etdi
İsrailli nazir BƏƏ-yə gedir: Səfirlik açılacaq
Ölkə işğal üçün uyğun vaxtı gözləyir
Qırıcılar xüsusi təyinatlıların qərargahını vurdu
Tarixdə BİR İLK: BƏƏ İsraillə diplomatik əlaqələri BƏRPA ETDİ
Razılıq əldə olundu: Rusiya bu bölgəyə QOŞUN YERİDİR
Sudanda kütləvi etirazlar: bir nəfər öldü
Avropa Sudan qarşısında şərt qoydu
Ordu ayağa qalxdı: prezident devrildi
İsraildən yeni nazir təyin olunub
Talibandan İsraillə bağlı KRİTİK AÇIQLAMA
Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 