Azərbaycanda COVID-19 pandemiyası çərçivəsində aparılan seroloji testlər tam təhlükəsizdir. ONN media xəbər verir ki, bu barədə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib. “İnsanlar xəstəliyi asimptomatik formada keçirdikləri üçün bunun fərqinə varmırlar. Təbii olaraq, şikayət olmadığı üçün analiz və test verməyə də ehtiyac qalmır. Seroloji testlərin keçirilməsi bu baxımdan önəmlidir. Biz bilməliyik ki, bu xəstəlik növbəti təmaslarda bizə nə dərəcədə təhlükə yarada bilər. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaradır. Bu anticisimlər isə bizi bir sonrakı viruslarla təmasdan da qorumuş olur.
Seroloji testlər payız aylarında yayılan digər virus infeksiyaları ilə bağlı hər hansı qoruyuculuq barədə məlumat vermir. Əksinə, bu testlərin keçirilməsində məqsəd ölkə əhalisinin təxminən nə qədər hissəsində koronavirusa (COVID-19) qarşı formalaşmış immunitetin səviyyəsinin öyrənilməsidir”. V.Əliyev seroloji testlərin dövlət tərəfindən ödənişsiz keçiriləcəyini vurğulayıb. O bildirib ki, testlər 18-65 yaş qrupunda olan insanlar arasında keçiriləcək: “Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Yəni, istəməyən şəxs seroloji test verməyə bilər. Çağrı mərkəzindən təsadüfi seçilmiş şəxslərlə əlaqə saxlanılır və onlara testdən keçmək təklif olunur. Razılıq verildiyi təqdirdə həmin şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndərilir. Seroloji testlər Bakı, Sumqayıt, Gəncə şəhərlərində keçirilir. Təxminən 1500 test həyata keçiriləcək. Nəticədə biz Azərbaycanda əhalinin nə qədər hissəsində bu virusa qarşı anticisimlərin olub-olmamasını öyrənmiş olacayıq”.(oxu.az)Azərbaycanda 1500 test keçiriləcək



Azərbaycanda insanlar seroloji testlərdən keçəcək
Bu testlərin dəqiqliyi zəifdir - TƏBİB
TƏBİB-dən korona ilə bağlı yaxşı xəbər
Apteklərdə satılan koronavirus testləri nə dərəcədə etibarlıdır? - TƏBİB açıqladı
Vaksin tapılana qədər koronavirus yox olacaq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
TƏBİB -dən QORXULU PROQNOZ: "Yoluxma sayı yaydakını ötə bilər”
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 