Artıq bütün apteklərdə “koronavirus testi” satılır və bu test vasitəsilə insanlar xətəxanaya getmədən evdə virusa yoluxub-yoluxmdıqlarını öyrənə bilərlər. Vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahatdır. Son günlər COVID-19 virusuna yoluxanların sayının artması ilə bu testlərə maraq da artıb.
Bəs sözügedən ekspress testlər nə dərəcədə etibarlıdır?
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.
“Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.
Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.”, – deyə məlumatda qeyd olunub.



Bu testlərin dəqiqliyi zəifdir - TƏBİB
Azərbaycanda kimlərə Koronavirus testləri tətbiq olunacaq? - AÇIQLAMA
Dəhşətli COVID-19 ARAŞDIRMASI: pozitiv nəticə alanların 90%-i...
Azərbaycanda 1500 test keçiriləcək
TƏBİB-dən korona ilə bağlı yaxşı xəbər
PCR testi etmək istəyənlərin NƏZƏRİNƏ
Koronavirus testləri nə zaman yanlış cavab verə bilər? - VİDEO
Bu ölkədən Azərbaycana təxliyə olunmuş 33 nəfərdə COVID-19 aşkarlandı
Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?
Koronavirus iki ölkə arasında GƏRGİNLİK YARATDI
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı
Tural Abbaslı koronadır, ya yox? - TƏBİB-dən cavab
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 