Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sistemi yaradılması ilə bağlı sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamda deyilir: 1. İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılsın. 2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi: 3.1. “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqini formalaşdırsın; 3.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının “ASAN müraciət” informasiya sisteminə çıxışını təmin etsin. 4. Dövlət orqanları (qurumları) “ASAN müraciət” informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin etsinlər. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 5.2. “ASAN müraciət” informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün; 5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
“ASAN müraciət” informasiya sistemi yaradılacaq - SƏRƏNCAM



Bu qurum "Asan Xidmət" dən alındı
"Asan Xidmət" bu tarixdə işləməyəcək
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
Prezident fərman imzaladı
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 9 gün işləməyəcək
Azərbaycanda bu nazirliyin səlahiyyəti artırıldı
“ASAN xidmət” bu tarixlərdə işləməyəcək
ASAN xidmət sabah işləməyəcək
ASAN Xidmətdən DAHA BİR YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 