Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış "ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İnformasiya təminatı şöbəsindən ONN media -ya verilən məlumata görə, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin "ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.
Bu imkandan istifadə etməklə artıq vətəndaşlar hesab.az və e-pul.az ödəniş portalları vasitəsilə cərimə ödənişlərini həyata keçirə bilərlər. Yaxın zamanda portmanat.az ödəmə portalı, Milli Ön və e-Manat ödəniş terminalları vasitəsilə də cərimələrin ödənişi mümkün olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyi "ASAN Ödəniş” sisteminin infrastruktur imkanlarının genişləndirilməsi və digər dövlət ödənişlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi "ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları vasitəsi ilə təmin edilir.



İşıq pulu ilə bağlı MÜHÜM YENİLİK
“AQROLİZİNQ” ASC ödənişlərin qəbulunda yenilik edib
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
“ASAN müraciət” informasiya sistemi yaradılacaq - SƏRƏNCAM
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
BNA “Hökumət Ödəniş Portalı”na inteqrasiya olundu
Gəncə sakinlərinə ŞAD XƏBƏR
"Asan Xidmət" bu tarixdə işləməyəcək
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
“ASAN xidmət”də YENİLİK
"YAŞAT"maq üçün SMS nömrəsi: 8110
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 