Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elmir Məmməd oğlu Bağırovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb. Elmir Məmməd oğlu Bağırov 03.04.1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1997-ci ildə 495 bal toplayaraq ən yüksək balla Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxil olub. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirib. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi adı alıb. 2004- cü ildən Heydər Əliyev Fondun "azerbaijan.az” layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın "siyasi idarəetmə və politologiya” kafedrasında müəllim və 2012-ci ildən "beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında baş müəllim vəzifələrində çalışıb. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunub. Evlidir, 2 övladı var.(baku.vs)
Saatlıya icra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE



Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Prezidentin yeni təyin etdiyi başçı kimdir?- Dosye
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- Dosye
Prezidentin Oğuza icra başçısı təyin etdiyi Cavid Əbdul-Qədirov kimdir? - DOSYE
Yeni icra başçısının köhnə müavinləri vəzifədən AZAD EDİLDİ
Bu xanıma YÜKSƏK VƏZİFƏ verildi
AzTV-nin yeni sədri kimdir? – DOSYE
Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezident daha bir rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 