Xəbər verdiyimiz kimi, bu gün KİVDF-yə yeni icraçı direktor təyin olunub. ONN media xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən vəzifəyə gətirilən Əhməd Məhəmməd oğlu İsmayılov daha öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. Yeni vəzifədə Vüqar Səfərlini əvəzləyən Ə.İsmayılov 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb. 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb. 20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub. O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır. Ailəlidir.
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye



Prezident bu şəxslərə yüksək vəzifə verdi
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olundu - DOSYE
Prezidentin yüksək vəzifə verdiyi Azad Cəfərli kimdir? - DOSYE
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Yeni nazir özünə müşavir təyin edib – Qəhrəman Kazımov kimdir?
Prezidentin yüksək vəzifə verdiyi Vüqar Süleymanov kimdir? - DOSYE
Naxçıvan Baş Gömrük İdarəsinə təyin olunan şəxs kimdir?- Dosye
Saatlıya icra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Mərkəzi Banka baş direktor təyin olundu
Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? — DOSYE
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?
Prezidentin Oğuza icra başçısı təyin etdiyi Cavid Əbdul-Qədirov kimdir? - DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 