Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. ONN media xəbər verir ki, fərmanla “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Müəyyən edilib ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması daxil olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən hüquqi şəxsdir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Cəmiyyətin yeni nizamnaməsini təsdiq etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“Naxçıvan Aqrolizinq”in adı dəyişdirildi



“Aqrolizinq”in adı dəyişdirilir - FƏRMAN
Yeni qurum yaradıldı - SƏRƏNCAM
Yeni nazir təyin edildi
Talıbovdan daha bir TƏYİNAT
Naxçıvanda bəzi publik hüquqi şəxslər ləğv edildi
Vasif Talıbov bu qurumla bağlı fərman imzaladı
Vasif Talıbov onları təltif etdi — SƏRƏNCAM
Azərbaycanda yeni departament yaradıldı
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvan aeroportu AZAL-ın tabeliyindən ÇIXARILDI
Naxçıvanın yeni baş naziri kimdir?- Dosye
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 