Dünən prezidentin tapşırığı ilə şöbə müdiri Fərəh xanım Əliyeva evimizə gəlmişdi. “İstiqlal” ordenini də şəxsən təqdim etdi. ONN media xəbər verir ki, bunu açıqlamasında xalq şairi Fikrət Qoca 85 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin ona telefon zəngindən və “İstiqlal” ordeni ilə təltif etməsindən danışarkən deyib. Xalq şairi yubileyinin keçirilməyəcəyini də bildirib: “Yubileyimin keçirilməsi indiki dönəmdə nəyə lazımdır?! Xəstəlik baş alıb gedir. Camaat pandemiyadan əziyyət çəkir. Belə bir məqamda yubileydən danışmaq olmaz. Bu, mənim üçün ayıb olar. Bundan artıq dövlət mənə nə diqqət göstərməlidir?! Ən çətin zamanda unutmadılar”. Yubilyar onu da vurğulayıb ki, ölkə rəhbərinin işinin həddən artıq çox olduğu bir vaxtda ona zəng etməsinə təəccüblənib: “Cənab Prezidentin belə bir ağır vaxtda zəng etməsi, təbriklərini çatdırması məni təəccübləndirdi. Bilirəm ki, bu saat onun işi həddən artıq çoxdur. Ölkə başçısı telefon zəngində mənim yaradıcılığıma münasibətini bildirdi. Mən də cənab Prezidentə diqqətinə görə təşəkkür etdim. Ad günümdə göstərdiyi diqqət mənim üçün böyük dəyərdir. Mən nə etmişəmsə, vicdan borcu bilib etmişəm. Dövlət də məni buna görə mükafatlandırır. Ölkə başçısının mənə olan diqqəti onun şəxsiyyətinin, təbiətinin genişliyini göstərir. O, yuxarıdan baxsa da, bütöv təbiətin içində tikanı da görür, gülü də, boynubükük bənövşəni də. Bu, xüsusi bir istedaddır. Hər adama qismət olmur. O, Ulu öndərin oğludur”.(kult.az)
Prezident Fərəh Əliyevanı onun evinə göndərdi



Prezident Fikrət Qocaya zəng etdi
Fikrət Qoca harada dəfn olunacaq?
Fikrət Qocanın dəfn yeri müəyyənləşdi
Prezident Fikrət Qoca ilə bağlı SƏRƏNCAM İMZALADI
Prezident Fərəh Əliyeva ilə bağlı sərəncam imzaladı
Prezident və xanımı Hidayət Heydərova zəng etdi
Prezident Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi
Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi
Prezident ona da EV VERDİ
İlham Əliyev Xalq rəssamına zəng etdi
Xalq artistinin oğlunda şiş aşkarlandı
Əhməd Cavad haqqında film çəkilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 