Xəbər verdiyimiz kimi, Xalq şairi Fikrət Qoca dünyasını dəyişib. Onun harada dəfn olunacağını öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əlaqə saxladıq. ONN media bildirir ki, AYB-nin sözçüsü Xəyal Rza Publika.az-a açıqlamasında söylədi ki, Xalq şairinin hələlik harada dəfn olunacağı dəqiq deyil: "Bu, yaxın bir-iki saat içərisində bəlli olacaq. İndidən nəsə demək çətindir". Onu da əlavə edək ki, adətən titullu şairlər və yazıçılar - daha dəqiq desək, Xalq şairi, Xalq yazıçısı ünvanı almış ədiblər özlərinin harada torpağa tapşırılması ilə bağlı vəsiyyətləri yoxdursa, adətən Birinci Fəxri Xiyabanda dəfn olunurlar. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Xalq şairi Fikrət Qocanın da Birinci Fəxri Xiyabanda dəfn olunması gözlənilir. Buna baxmayaraq, ictimai şəxslərin dövlət məzarlıqlarında dəfni məsələsi ölkə rəhbərliyinin qəbul edəcəyi qərarla müəyyənləşir. Fikrət Qocanın bu il 85 illik yubileyi keçiriləcəkdi. Qeyd edək ki, mərhum Xalq şairi Fikrət Qoca iki ay əvvəl Publika.az-a sonuncu müsahibəsində söyləmişdi ki, ona ən böyük yubiley hədiyyəsi torpaqlarımızın işğaldan azad olunması idi.
Fikrət Qoca harada dəfn olunacaq?



Fikrət Qocanın dəfn yeri müəyyənləşdi
Fikrət Qocanın dəfn mərasimi keçirilir
Musa Yaqub harada dəfn olunacaq? - Ailəsindən AÇIQLAMA
Musa Yaqub harada dəfn ediləcək? - Oğlu AÇIQLADI
Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib
Ramiz Məlik harada dəfn olunacaq?
Xalq şairi Fikrət Qoca VƏFAT ETDİ
Xalq artisti harada dəfn ediləcək? - AÇIQLAMA
Prezident Fikrət Qocaya zəng etdi
İlham Əliyev nekroloq imzaladı
Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer bilindi
Əlibaba Məmmədov I Fəxri Xiyabanda dəfn olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 