Almaniyada yaşayan jurnalist Tünzalə Rafiqqızı Mönxenqladbax şəhərində keçiriləcək "İnteqrasiya Şurası" seçkilərində iştirak edəcək. Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, yaşadığı Mönxenqladbax şəhərində sentyabrın 13-də keçiriləcək seçkilərə hazırlıqlar tamamlanıb: "İnteqrasiya Şurası" seçkilərinə biz 17 nəfərdən ibarət "Sərhədsiz cəmiyyət" adlı komanda ilə gedirik. "İnteqrasiya Şurası" xarici vətəndaşların haqq və hüquqlarını müdafiə edən bir qurumdur. Almaniyada yaşayan əcnəbilərin hansı sahələrdə əziyyət çəkməyindən aslı olmayaraq bu platformada bütün gücümüzlə onlara yardım edəcəyik. Məsələn, xarici vətəndaşların dövlət qurumlarında əziyyət çəkdikləri irqçi rəftar və münasibətlər, uşaqlarımızın təhsil müəssisələrində üzləşdikləri problemlər və s. Heç bir partiya və ya qurumla əlaqəsi olmayan müstəqil siyahı yaratmağa diqqət yetirdik. Heç bir qurumun və ya siyasi partiyanın təsiri və ya müdaxiləsinin olmasını istəmirdik. Namizəd olan dostlarımız da fərqli inanc sahibi, fərqli millətlərin nümayəndələridir". T.Rafiqqızının sözlərinə görə, Mönxenqladbax şəhəri kiçik olmasına baxmayaraq Şimali Reyn Vestfaliya əyalətində miqrantların ən çox yaşadığı şəhərlər sırasındadır. "Miqrantların alman cəmiyyətinə inteqrasiyası sahəsində problemlər qalmaqdadır. Uğurlu inteqrasiya olunan miqrantların iş həyatına başlaması da elə asan deyil. Təəsüflər olsun ki, onlar çox vaxt irqçi münasibətlərlə üzləşirlər. Bunun səbəbləri sırasında miqrantların öz hüquqlarını bilməməsi gəlir"- deyə T.Rafiqqızı bildirib.
Azərbaycanlı jurnalist Almaniyadakı seçkilərdə iştirak edəcək



Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
YAP-dan seçkilərlə bağlı MSK-ya MÜRACİƏT
Çavuşoğlu Azərbaycana gəlir
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb
SON DƏQİQƏ: YAP-ın Siyasi Şurası LƏĞV EDİLDİ
Azərbaycanlı qadın Gürcüstanda keçiriləcək seçkilərdə namizəd oldu
Rusiyaya getmək istəyənlərə PİS XƏBƏR
Türk dövlət başçıları İstanbulda toplaşır - GÜNDƏLİK AÇIQLANDI
Azərbaycan Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi
Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 