Gürcüstanda oktyabrın 2 keçirilən bələdiyyə seçkilərində və referendumda soydaşımız Nərgiz Əliyeva Mixeil Saakaşvilinin qurucusu etdiyi Vahid Milli Hərəkat partiyasından namizəd olaraq deputatlıq uğrunda mübarizəyə qoşulubdur.
ONN media xəbər verir ki, Soydaşımızın sıx yaşadığı Marneuli bələdiyyəsinin şəhər deputatı olaraq namizəd təqdim edilən Nərgiz Əliyeva uzun müddət ictimai sektorda fəaliyyət göstərib. Azərbaycanlıların tanınmış simalarından olan Nərgiz xanım, gənclərin inkişafı, inteqrasiya, Azərbaycan həqiqətlərinin Gürcüstanda təbliği istiqamətində də bir sıra layihələr həyata keçiribdir.

"Uzun müddətdir ki, ictimai sektorda çalışmışam, bölgədə mövcud olan problemlərdən agaham, soydaşlarımızı narahat edən bir çox məsələlərin həlli istiqamətində əlimdən gələn töhvələri verməyə hazıram. Əsas prioritetlərimizdən biri ölkədə stabilliyin yaradılması, vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, gənclərin inkişafı, təhsil, mədəniyyət, kənd təsərrüfatı, inteqrasiya istiqamətində mövcud olan ciddi problemlərin həllidir. Namizəd olduğum Marneuli şəhərinin abadlığı, seçicilərimin rifahı, gənclərin fəallığı üçün əlimdən gələni edəcəyəm. Vahid Milli Hərəkat partiyası bu gün ölkəmizi inkişafa aparacaq ən real partiyalardan olduğu üçün bu təklifi qəbul edərək fəal siyasətə qoşuldum. Təssüfki bu gün Gürcüstanın siyasi arenasında Azərbaycanlı qadınlar çox azdır, düşündüm ki, qadın olaraq da bu mübarizəyə qoşulub həm də qadınlarımızın səsi olacağam. Hər bir namizədə uğurlar və sağlam siyasi mübarizə diləyirəm".

Qeyd edək ki, seçkilərdə partiya tərəfindən Eldar Mustafayev mer namizədi olaraq təqdim edilibdir.



Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk etdi - SƏBƏB?
Gürcüstanda Xoşqədəmin bu addımına etiraz
Gürcüstan parlamentinə 3 azərbaycanlı deputat seçildi
Gürcüstanda hakim və müxalif tərəfdarlar arasında dava: yaralılar var
Tramp nə qədər səs topladı? - İlkin nəticələr
Gürcüstanda sabah seçkilər olacaq
İki azərbaycanlı "donuz qripi"nə yoluxub
Saakaşvili ELAN ETDİ: "Gürcüstanda hakimiyyət dəyişir"
Putin təsdiqlədi: Yenidən prezidentliyə namizəd olacaq
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Azərbaycanlı xanım Ukraynada deputat seçildi
Gürcüstanda 4 azərbaycandilli məktəb bağlanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 