Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisinə görə bir neçə şəxsi cərimələyib. Onun mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi olduğu qeyd olunub. ONN media xəbər verir ki, toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib. Toy məclisinin sifarişçisi V. Abdullayeva və əri hər biri 400 manat cərimə olunub. Restoranın sahibi isə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toyda iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar. Qeyd edək ki, avqustun 31-dək ölkədə xüsusi karantin rejimi hökm sürür və kütləvi tədbirlərin, toy-nişan mərasimlərinin keçirilməsi qadağandır.(qafqazinfo.az) https://youtu.be/t_OXRvaKnLU
Qızına toy edən vəzifəli şəxsin kim olduğu məlum oldu - VİDEO



Daha bir vəzifəli şəxs övladına toy etdi: CƏZA ALDILAR - VİDEO
Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
DYP bu dövlət qurumunu cərimələdi
Ucar, İsmayıllı və Şamaxıda son vəziyyət — 186 nəfər...
Bakıda polis əməliyyat keçirdi - Bunu edənlər CƏZA ALDI
Maska taxmamağa görə cərimələr artırıldı
Qubada restoranda 13 nəfər cərimələndi
Bu şəxslər 5 min manat cərimə oluna bilər
“Mənnur Tikinti” 20 min manat cərimələndi - SƏBƏB?
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək
DİQQƏT- Sabahdan 2 min cərimələnəcəksiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 