Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb. DİN-dən ONN media -ya verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar. Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir. https://youtu.be/sHRAaVUPOSw
Daha bir vəzifəli şəxs övladına toy etdi: CƏZA ALDILAR - VİDEO



Qızına toy edən vəzifəli şəxsin kim olduğu məlum oldu - VİDEO
Sosial şəbəkədə görüntüləri yayılan 3 qız və 2 oğlan saxlanıldı
Polislərə bıçaq qaldıran şəxs HƏBS EDİLDİ
"Karantin rejiminin bitməsi bayramı"nı qeyd edənlər CƏRİMƏLƏNDİ - RƏSMİ
Bakıda binanın damında kabab bişirənlərin aqibəti necə oldu?
Ad günü keçirən Günel Dəmirova CƏZA ALDI
“Dost qapısı”nın qapıları BAĞLANDI
Bakıda məşhur masaj salonunda ƏMƏLİYYAT - 10 nəfər...
"Neolit"də toy keçirildi - Aparıcı koronavirus xəstəsi çıxdı - VİDEO
Şadlıq evi və kafe sahibləri həbs edildi
Qubada restoranda 13 nəfər cərimələndi
Meyxanaçılar Orxan Lökbatanlı və Elşən Xəzər də cərimələndi - FOTOLAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 