Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib. BNA-dan ONN media -ya verilən məlumata görə, görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib. Diqqətə çatdırılıb ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır. Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək. Konsepsiyanın əhəmiyyətini qeyd edən görüş iştirakçıları bu görüşün taksi xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin koordinasiyası baxımından önəmini də vurğulayıb. Görüşdə konsepsiya ilə bağlı müxtəlif rəy və təkliflər irəli sürülüb. Bildirilib ki, səslənən fikirlər konsepsiyanın daha da təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.
Azərbaycanda taksilərlə bağlı konsepsiya hazırlanır



Taksi sürücülərinə BƏD XƏBƏR
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
Hansı dayanacaq məntəqələrində pavilyon quraşdırılmaya bilər?
"Bakı Taksi Xidməti"nin direktoru işdən çıxarılıb
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
Taksi xidmətləri ilə bağlı yeni qərar
Taksi sürücülərinə qarşı reyd keçirildi
Taksilərdə qiymət artımı olacaq?
Avtobus dayanacaqları və taksi duracaqlarına dair YENİ TƏLƏBLƏR
Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
Bu maşınların taksi kimi istifadəsinə QADAĞA qoyuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 