Bakıda taksi minik avtomobillərinin sürücülərinə dair sərt tələblər qoyulub.
ONN media ONA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.
Beləliklə, Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B” və ya "BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla (icarə müqaviləsi, etibarnamə və s.) istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılacaqlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi minik avtomobilində sürücü qismində ən azı 2 il təcrübəsi olan sürücülər buraxılacaqlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq, beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri isə hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığı və yenidən hazırlığı Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan qaydada və dövrilikdə təşkil ediləcək və keçiriləcək.
Taksi minik avtomobillərinin sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar. Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdırlar. Taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.
Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri həm də ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar.



Hansı dayanacaq məntəqələrində pavilyon quraşdırılmaya bilər?
Kimlər taksi sürə bilməz? - QAYDALAR
Nazirlər Kabineti avtobuslarla bağlı qərara DƏYİŞİKLİK ETDİ
Bu maşınların taksi kimi istifadəsinə QADAĞA qoyuldu
Avtobus dayanacaqları və taksi duracaqlarına dair YENİ TƏLƏBLƏR
Taksilərdə videokameralar quraşdırılacaq
Taksilərdə POS-terminallar quraşdırılacaq
Prius sürücülərinə ŞAD XƏBƏR
Sabahdan bu qadağa qüvvəyə minir
Taksi sürücülərinin NƏZƏRİNƏ
Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?
Bakıda təhlükəsiz nəqliyyat sistemi modeli formalaşdırılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 