Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib. ONN media dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir. “Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Prinsip etibarilə, səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir və həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub”. “Görülən bütün işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq”. “Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, birgə səylərlə biz bu məsələni - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”.
“Son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir”



Prezident hospitalın açılışında
Prezidentdən SƏRT XƏBƏRDARLIQ: Heç kimə güzəşt edilməyəcək
Ağır xəstələrin yeni videosu YAYILDI: "İnanmırdım ki, belə xəstəlik var"
Bu tibbi heyətlə bağlı mühüm addımlar atılır - RƏSMİ AÇIQLAMA
Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələr üçün ayrılır
Prezident və xanımı yeni xəstəxananın açılışında
Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi imtiyazlar veriləcək?
Prezident ÜST-nin Avropa üzrə regional direktorunu qəbul etdi - YENİLƏNDİ
Prezident İlham Əliyev: "Mən bunu alqışlayıram..."
İlham Əliyev Qobustandadır - FOTO
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxdı
Elçin Quliyev müşavirə keçirdi: Tapşırıqlar verildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 