Koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə dayanan tibb işçilərinin əməyi hər bir vətəndaşımız tərəfindən yüksək qiymətlənirilir. Hətta ölkə başçısının Sərəncamı ilə onların əmək haqqı 3 dəfə artırıldı. Belə olan halda, COVİD-19 pandemiyası bitəndən sonra həmin dövrdə çalışan tibb işçilərinə xüsusi imtiyazlar verilə bilərmi? Milli Məclisin Səhiyyə komitəsinin üzvlərinin bu barədə fikirlərini öyrənib. Deputat Kamilə Əliyeva bildirib ki, indidən bu barədə danışmaq tezdir: “Koronavirus pandemiyası ilə mübarizədə çalışan həkimlərimiz ailələrindən uzaq vəziyyətdə insanlarımızın sağlamlığının keşiyini çəkir. Eyni zamanda, riskə gedərək səhhətlərini də təhlükə altına atmış olurlar. Bütün bunlara baxmayaraq, həkimlərimiz öz vəzifə borclarını yerinə yetirərək dövlətimizə dəstək olurlar. Onların göstərdiyi fədakarlıq həm xalqımız, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hər yerdə həkimlərimizi alqışlarla qarşılayırlar. Hətta Milli Məclisin plenar iclaslarının birində sədr Sahibə Qafarovanın xahişi ilə biz həkimlərimizi ayaq üstdə alqışladıq. Təmsil olunduğum Zaqatala rayonunda da insanlarımız eyvanlara çıxaraq həkimlərimizi alqışladılar. Eyni zamanda, dövlət tərəfindən də xüsusi dəstək nümayiş olundu. Əmək haqları 3 mislinə qədər artırıldı. İnanıram ki, bu pandemiya bitəndən sonra yenə də ön cəbhədə fəaliyyət göstərən həkimlərimizin əməyi qiymətləndiriləcək. Bu şübhəsizdir. Hesab edirəm ki, pandemiya bitəndən sonra həkimlər üçün xüsusi imtiyazlar dövlət tərəfindən verilə bilər”. Deputat Müşfiq Məmmədlinin sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə tibb işçiləri ön sırada yer alırlar: “Bu iş şərəfli olmaqla yanaşı, həm də böyük riskdir. Bu mübarizədə yer alan həkimlər və digər tibb işçilərinin qiymətləndirilməsi cənab prezidentin qərar və sərəncamlarında öz əksini tapıb. Yoluxmuş xəstələrə xidmət göstərilən zaman tibb işçiləri də yoluxa bilir. Son hadisəni də nəzərə alaraq deyə bilərik ki, koronaviruslu xəstələrə xidmət tibb işçilərinin həyatını itirməsi hesabına da başa gəlir. İstər xəstəxanaların qəbul şöbələrində, istər reanimasiya şöbələrində, istərsə də poliknik xidmət göstərən tibb işçilərinin həyati risk altındadır. Onların özləri ilə yanaşı həmçinin ailələri, o cümlədən yoluxmuş xəstələrlə işləməyən digər tibb işçilərinin də risk ehtimalı var. Bu baxımdan, həkimlərin fəaliyyəti dövründə xüsusi statusa malik olması üçün optimal yanaşma tapılmalı, bu barədə təkliflərin irəli sürülməsi isə mümkündür. Milli Məclisin plenar iclasında bu haqda fikir səsləndirilib. Söylənilən fikirlərə münasibətim müsbətdir”.Modern.az
Koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi imtiyazlar veriləcək?



Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək? - AÇIQLAMA
Bu tibb işçilərinə maaşlarla bağlı ŞAD XƏBƏR
Koronavirusla mübarizədə Türkiyədən Azərbaycana həkimlər göndəriləcək
Bu şəxslərə BEŞQAT MAAŞ VERİLƏCƏK - SƏRƏNCAM
Həkimlərə ŞAD XƏBƏR
Prezidentin həkimlərə ayırdığı vəsait niyə verilmir? - RƏSMİ AÇIQLAMA
Tibb işçilərinə ŞAD XƏBƏR! - Ödəmələr BAŞLADI
Bu tibb işçilərinin əməkhaqlarına əlavə martın 1-dək UZADILDI
Ramiz Alıyev: "Bu hal ölkə Prezidentinin qətiyyətini və Azərbaycan polisinin gücünü göstərdi"
Bu tibbi heyətlə bağlı mühüm addımlar atılır - RƏSMİ AÇIQLAMA
Prezident bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı
Koronavirusla mübarizə aparan həkimlərə hücum etdilər - Hökumət ayağa qalxdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 