Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".
İlham Əliyev Özbəkistan Prezidentinə məktub göndərdi



İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi
İlham Əliyev üç ölkənin prezidentinə məktub göndərdi
İlham Əliyev iki ölkə liderinə məktub göndərdi
İlham Əliyev bu ölkə prezidentlərini təbrik edib
İlham Əliyev Albaniya prezidentini təbrik etdi
İlham Əliyev Salome Zurabişviliyə məktub yazdı
İlham Əliyev Qırğız Prezidentini təbrik etdi
İlham Əliyev Cibuti prezidentinə məktub göndərdi
İlham Əliyev Zelenskiyə məktub göndərdi
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
İlham Əliyev Sadır Japarova məktub göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 