Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti ati-aliləri cənab Sadır Japarova təbrik məktubu ünvanlayıb.
ONN media məktubun mətnini təqdim edir:
“Hörmətli Sadır Nurqojoyeviç,
Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.
Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.



İlham Əliyev Qırğız Prezidentini təbrik etdi
Əliyev Japarova məktub göndərdi
İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib
İlham Əliyev bu ölkə prezidentlərini təbrik edib
İlham Əliyev Albaniya prezidentini təbrik etdi
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik etd
İlham Əliyev qırğız həmkarını təbrik etdi
İlham Əliyev bir sıra ölkə rəhbərlərinə məktub göndərib
İlham Əliyev Zelenskini təbrik etdi
İlham Əliyev Zelenskiyə məktub göndərdi
İlham Əliyev Özbəkistan Prezidentinə məktub göndərdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 