Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb. Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, ilk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb. “Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib. Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub. Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək. Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan digər şirkətlər də “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.
Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradıldı



Azərbaycanda yeni Fond yaradıldı
Azərbaycanda qoyunlar 7 manata sığortalanacaq
Baş nazirdən daha bir qərar
Dövlət Taxıl Fondu ərzaqlıq buğda tədarükünə başladı
Fermerlərin NƏZƏRİNƏ: Ödəniləcək kompensasiyanın məbləği AÇIQLANDI
Baş nazirdən kənd təsərrüfatı ilə bağlı QƏRAR
Azərbaycanın sığorta bazarı 40 faizdən çox artıb
“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb
“Günay Sığorta”nın lisenziyası ləğv olundu
Elektromobil sahiblərinin NƏZƏRİNƏ
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı
Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 