Aqrar Sığorta Fondu Azərbaycanda 1 hektar taxıl sahəsini yanğından sığortalanma qiymətini açıqlayıb.
Fondun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.
Aqrar Sığorta fondu fermerlərə və iş adamlarına xatırladır ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər.
Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:
Qarabağda 10 manat
Şəki-Zaqatalada 16-17 manat
Lənkəran regionunda 7 manat
Dağlıq Şirvan bölgəsində 11-12 manat
Aran rayonlarında 8 manat
Quba-Xaçmaz bölgəsində 7 manat
Gəncə-Qazax zonasında 24-25 manat
Abşeron bölgəsində 7 manatdır.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.



Fermerlərin NƏZƏRİNƏ: Ödəniləcək kompensasiyanın məbləği AÇIQLANDI
Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradıldı
Azərbaycanda qoyunlar 7 manata sığortalanacaq
Bu meyvə bağları güzəştli sığorta ediləcək
Azərbaycanda qoyun və keçilərin güzəştli sığortası başlayıb
Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
Azərbaycanda yeni Fond yaradıldı
Azərbaycanda taxıl biçini mövsümünə start verildi
Əli Əsədovdan Dövlət Taxıl Fondu ilə bağlı QƏRAR
Azərbaycanda ağac və kolların sığortalanması qaydası açıqlandı
Baş nazirdən daha bir qərar
Azərbaycan- İran sərhəddində yanğın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 