Prezident İlham Əliyev Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında iqtisadi islahatların davam etdirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə qərara alınır ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etsin. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının 2-ci hissəsinə “əlvan” sözündən sonra “və qara” sözləri əlavə edilir. Həmçinin, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının 1–3-cü hissələri ləğv edilir. Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
"AzerGold”un səlahiyyətləri artırıldı - SƏRƏNCAM



İqtisadi Şuranın səlahiyyətləri artırıldı
Prezident komissiya sədrini dəyişdi - SƏRƏNCAM
Prezident sərəncam imzaladı
İlham Əliyev SƏRƏNCAM İMZALADI - Bu agentliyinin səlahiyyətləri artırıldı
AİH-nin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək
İlham Əliyev “AzerGold”la bağlı sərəncam imzaladı
Prezident Natiq Əmirova yeni vəzifə verdi - SƏRƏNCAM
Şahin Mustafayevə yeni VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Prezident Şahin Mustafayevə YENİ VƏZİFƏ verdi
Prezident bu fərmanına dəyişiklik etdi
“Azərsilah” ASC ləğv edilir
“AzerGold” QSC-də yeni TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 