Qaradağ Rayon Polis İdarəsinə (RPİ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayon sakini E.Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib. Qaradağ RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib. E.Nəbiyeva barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.
Bakıda korona xəstəsi satıcılıq edirmiş: Özü ələ keçdi, mağazada olan 35 nəfər...



Koronavirus xəstəsi bazar ərazisində yaxalandı
Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkar edildi
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - SƏBƏB?
Oğuzda koronavirus xəstəsi tutuldu
Korona olan tibb işçisi qaydaları pozarkən ƏLƏ KEÇDİ
Sabirabadda koronavirus xəstəsi saxlanıldı
Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanılıb
Koronavirus xəstələrinə cinayət işi açıldı
Şəmkirdə koronavirusu yayan şəxsə cinayət işi açıldı
İmişlidə COVID-19 xəstəsi saxlanıldı
Balakəndə koronavirus xəstəsi saxlanıldı
İctimai yerdə koronavirus xəstəsi aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 