Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib. ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib. Oxşar hadisə Samuxda da baş verib. Belə ki, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilmişdir ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edibş və digər insanlar üçün real təhlükə yaradıb. Həmin qadın da Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - SƏBƏB?



Oğuzda koronavirus xəstəsi tutuldu
Koronavirus xəstəsi bazar ərazisində yaxalandı
Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkar edildi
Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanılıb
İmişlidə COVID-19 xəstəsi saxlanıldı
Bakıda korona xəstəsi satıcılıq edirmiş: Özü ələ keçdi, mağazada olan 35 nəfər...
Şəmkirdə koronavirusu yayan şəxsə cinayət işi açıldı
Korona olan tibb işçisi qaydaları pozarkən ƏLƏ KEÇDİ
Azərbaycanda koronavirusu yayan 4 nəfər tutuldu
Sabirabadda koronavirus xəstəsi saxlanıldı
Azərbaycanda koronavirusu yayan daha 3 nəfər tutuldu - CİNAYƏT İŞİ AÇILDI
Koronavirus xəstələrinə cinayət işi açıldı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 