Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb. ONN media xəbər verir ki, 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon Prokurorluğunun təqdimatı əsasında maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib. Onun cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb və 5 000 manat cərimə olunub. 8 aydan sonra Nərimanov Rayon Məhkəməsi E.Rzayevin barəsində işə bərpa barədə qərar çıxarıb. Qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Apelyasiya protesti Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun icraatına verilib və sentyabrın 7-də məhkəmə iclası keçiriləcək. Qeyd edək ki, E.Rzayev məzuniyyət vaxtı “BakuBus” MMC-yə məxsus avtobusun sükanı arxasında foto çəkdirib sosial şəbəkədə paylaşaraq sürücü işləməsi təəssüratı yaradıb. Bu da sosial şəbəkələrdə "məktəb direktoru sürücü işləyir" xəbərinin yayılmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi isə məlumat yayaraq həmin şəxsin “BakuBus” MMC-də işləmədiyini və bunu paylaşım xatirinə etdiyini bildirmişdi. Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru E.Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Direktora CİNAYƏT İŞİ açıldı



Xanım direktora cinayət işi açıldı - BU ƏMƏLİNƏ GÖRƏ...
Azərbaycanda vəzifəsini itirən sabiq sədrə cinayət işi açıldı
Direktora cinayət işi açıldı – Bu gün məhkəməsi olacaq
Məktəb direktoru dövlət vəsaitini mənimsəyib
Məhkəmə sabiq icra başçısı barəsində QƏRAR VERDİ
“Rabitəbank”ın əməkdaşı həbs edildi
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
Masallıda məktəb direktoru həbs olundu
Məktəb direktoruna töhmət verildi - RƏSMİ
Azərbaycanda şirkət direktoruna cinayət işi açıldı
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 