Şəki rayonu, İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma ilə müəyyən edilib ki, İnçə bələdiyyəsinin sabiq sədri Qafqaz Mustafayev öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini mülkiyyət və icarələrinə verəcəyinə dair yalan vədlər verib aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ələ keçirib.
Bundan başqa, araşdırmalarla torpaq sahəsi ayrılmış 7 nəfər şəxs tərəfindən bələdiyyə büdcəsinə ümumilikdə 2 min 86 manat məbləğində pul ödənilsə də, həmin şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə iclasında qərar qəbul edilməməsi, eləcə də bələdiyyə büdcəsindən 2 min 158 manat pulun mənimsənilməsi müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.2, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.



Bu şəxslər barəsində cinayət işi açıldı
Sabiq bələdiyyə sədri həbs edildi
Azərbaycanda vəzifədə çalışmış qadına cinayət işi açıldı
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı - SƏBƏB?
Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi - NİYƏ?
Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
Azərbaycanda bağça müdirinə cinayət işi açılıb
Şirkətin 15 min manatını mənimsədi - CİNAYƏT İŞİ AÇILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 