Ölkəmizdə mədəniyyət siyasətinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, mədəniyyət sahəsinin idarə edilməsində insan resursları ilə iş mexanizminin müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması məqsədilə Mədəniyyət Nazirliyində həyata keçirilən kadr islahatları davam edir. Nazirlikdən ONN media -ya verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Zemfira Hüseynbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Birləşmiş Krallığın Kingston London Universitetinin “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcələrini alıb. Londonun “CİPD” institutunun “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə beşinci dərəcəli diplomunu, Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif seminar və konfrasların iştirakçısı və təşkilatıçısı olub. BMT-nin strukturlarında təcrübə proqramı keçib. Əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb. 2014-2018-ci illər ərzində “BP” neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir. İngilis, rus, türk dillərini bilir.
Nazirlikdə yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO



Nazirlikdə daha bir TƏYİNAT
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT
Anar Kərimov ona VƏZİFƏ VERDİ
Heydər Əliyev Sarayına direktor TƏYİN EDİLDİ
Nazirliyin yüksək vəzifəli şəxsi İŞDƏN AZAD EDİLDİ
Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT
Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
Mədəniyyət Nazirliyində yeni təyinat
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Azərbaycanda yüksək vəzifəli şəxslər İŞDƏN AZAD EDİLDİ
Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 