Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub. ONN media xəbər verir ki, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xələfbəyli Səadət Vaqif qızı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini təyin olunub. Qeyd edək ki, Səadət Xələfbəyli 1979-cu ildə Zaqatala şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr, 2013-cü ildə isə Böyük Britaniyanın Kent Universitetinin “Miqrasiya Tədqiqatları” ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsini əldə edib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib. 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.
Nazirlikdə daha bir TƏYİNAT



Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Mədəniyyət Nazirliyinin sistemində yeni TƏYİNAT
Azərbaycanda yeni mərkəz yaradıldı
Nazirlikdə yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO
Heydər Əliyev Sarayına direktor TƏYİN EDİLDİ
Mədəniyyət nazirliyində yeni TƏYİNAT
Anar Kərimov ona VƏZİFƏ VERDİ
Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
Mərkəzi Banka baş direktor təyin olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 