“Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizdə rəsmi səfərdə olmuşam, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, baş nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız yoxdur. Nümayəndə heyətlərinin mübadiləsi yoxdur”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.
İlham Əliyev Yunanıstan səfirinə: “Sizinlə açıq danışacağam”



İlham Əliyev Yunanıstan şirkətinin fəaliyyətini SƏRT TƏNQİD ETDİ
Prezident iki ölkənin səfirinin etimadnaməsini qəbul etdi - FOTO
Prezident: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik"
İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Yunanıstan Azərbaycana yeni səfir təyin etdi
İlham Əliyev Rumıniyanın yeni səfirini qəbul etd - YENİLƏNDİ
Üç ölkənin yeni səfiri İlham Əliyevin QƏBULUNDA
İlham Əliyev Pakistan səfirinin etimadnaməsini qəbul etdi
Prezident İsveçin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev 3 ölkənin səfirini qəbul edib
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 