Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb. Dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib. AZAL -dan ONN media -ya verilən məlumata görə, genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyət üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır. Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam emal olunub, gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb. Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları və s. dezinfeksiyaedici məhlulla emal edilib. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə edilən bütün zəruri tədbirlər görülür: - gün ərzində dörd dəfə qeydiyyat zonalarında, sanitar qovşaqlarda, sərnişinlər üçün nəzərdə tutulan sahələrdə səthlərin dezinfeksiyası həyata keçirilir; - bütün uçub gələn sərnişinlərin hərarətinin ölçülməsi üçün xüsusi cihazlarla ikisəviyyəli yoxlama təmin edilir; - koronavirus infeksiyasına yoluxmasına şübhə olan sərnişinin aşkar edildiyi hava gəmisi üçün karantin meydançası ayrılmışdır. Bu təyyarəyə xidmət göstərmək üçün istifadə olunan xüsusi texnika dezinfeksiyaedici vasitələrlə zəruri emal prosedurundan keçir; - hərarəti yüksək olan sərnişinlərin dərhal təcrid olunması üçün hava limanında xüsusi otaq ayrılmışdır; - koronavirus infeksiyasına yoluxmasına şübhə olan şəxslərin ixtisaslaşmış tibb müəssisəsinə çatdırılması məqsədilə Bakı hava limanının ərazisində daim təcili tibbi yardım maşınları növbədə olur; - işçi heyət və sərnişinlər fərdi qoruyucu vasitələrlə təmin olunur, aerovağzal ərazisində maska taxma rejiminə riayət olunmasına daim nəzarət edilir; - insanların olduğu ərazilərdə təhlükəsiz məsafəni təmin etmək üçün xüsusi işarələr qoyulub. - hava limanı terminallarındakı eskalator tutacaqları daim xüsusi quraşdırılmış avadanlıq vasitəsilə ultrabənövşəyi şüalarla dezinfeksiya olunur. Aerovağzal kompleksinin bütün sahələrinin təmizlənməsi dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə gücləndirilmiş rejimdə aparılır, terminaldakı bütün təmas səthləri isə xlor tərkibli maddələrlə mütəmadi olaraq təmizlənir. Hava limanında aparılan dezinfeksiya işləri barədə videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://youtu.be/iPRAD8JNa2w Qeyd edək ki, hazırda paytaxt hava limanından Naxçıvan, İstanbul, Berlin, London, Dubay və Minsk şəhərlərinə uçuşlar həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yükdaşıma həcmi, qalxma və enmə əməliyyatlarının sayı, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır. Britaniyanın nüfuzlu Skytrax konsaltinq şirkəti tərəfindən aparılan auditin nəticələrinə görə Azərbaycan paytaxtının hava limanı sərnişin xidmətinin səviyyəsinə görə dünyanın illik 5 milyon nəfərədək sərnişin axını olan hava limanları sırasında ən yaxşı hava limanı seçilmişdir. Xidmət səviyyəsinə görə Avropada, Orta Şərqdə və Amerika qitələrində lider hava limanlarını geridə qoyur. Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq dördüncü ildir ki, bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı kimi tanınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparıldı - FOTO



Kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır?
Koronavirus dövründə imtahanlar belə keçiriləcək
Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib
Koronavirus dövründə imtahanlar hansı qaydada KEÇİRİLƏCƏK?
"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparıldı
İranın hava limanı bağlandı- Bakıya eniş edilir
Bakı küçələri bu gün
Bakının küçələri yenidən dezinfeksiya edildi - FOTOLAR
Bakının küçələri yenidən dezinfeksiya edildi
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir uğur
Bakıda "dezinfeksiya həftəsi" elan edildi
BNA “Koroğlu” NMM-i dezinfeksiya etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 