İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbi ilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.
Bakı aeroportundan bildirilib ki, Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boinq 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.
Eyni səbəblə Qətər Hava Yolları aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boinq 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən “Airbus A-380” kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir



İstanbula gedən təyyarə təcili eniş edib
Parisdən qalxan təyyarə təcili Bakıya eniş etdi
Bakı səmasında həyəcanlı anlar yaşanıb
Tiflisə uçan təyyarə geri qayıtdı
Rusiya təyyarəsi Bakıya təcili eniş etdi
Tokioya uçan təyyarə təcili eniş etdi
Bakı- Həştərxan təyyarəsi eniş etmədən geri qayıtdı
Bakı-Moskva təyyarəsi yarı yoldan niyə geri qayıtdı?
Almaniya təyyarəsi Bakıya təcili eniş etdi
İstanbuldan Lahora uçan təyyarə təcili Bakıya endi
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 